Sənə şeir yazacaqdım, sənə mahnı qoşacaqdim
Qayalardan yol salacaq, zirvələri aşacaqdım
İnanmasan sözlərimə ayı şahid tutacaqdım
Yaxsi yaman verdişimi,
Olan olmaz hər işimi
Sən gör deyə ,sən bil deyə
Siləcəkdim, atacaqdım.
Dedin səndən bahar olmaz
Qürub etdim, söndüm axır
Sevgi mənim toxunulmaz sözüm idi,
Mən sözümdən döndüm axır.
Bənzəmirdim heç kimsəyə qanadlarım vardı deyə
Yerdə yuva qurammadım mənə göy də dardı axı
Sən görmədin...xəzan vaxtı
Sənə çiçək bitirirdim...
Zülmətində kor olmuşdun
Qaşa qaça, təngənəfəs Sənə gunəş gətirirdim.
Yolda saldım ümidimi qurda quşa yem elədim
Gülüşümü silib üzdən
yavaş-yavaş, həm də qəsdən
Varlığımı qəm elədim.
Sən bilmədin sakit sakit axan o çay mənimkiydi
Sən bilmədin göy üzündən pəncərənə baxan o ay mənimkiydi.
Elə bildin üc beş günlük təntənəydu istədiyim
Bilmədin ki milyon milyon sərvətlərin arasinda
Bir dənəydi istədiyim.
Bir gözucu qəlbdən görən baxış yetər deməddimi?
Qara-qura taleyimə atacağın
Bir az sarı Bir az yaşıl naxış yetər
Demədimmi?
Mən bilirəm... qanadımın vahiməsi.
Mən bilirəm..bu dev boyda ruhun səsi
Qorxudacaq gec tez səni
Bir dünyalıq dərd edərsən
Sən keçmişi Mən indini
Sən deyərsən şeirində "olmuş idi, varmış idi"
Mən deyərəm... "dur gəl indi"
Və beləcə təzadına qurban gedər məndəki düz
Nə fərqi var dərd dərddi də
Ya on doqquz ya da ki yüz.
Sonra sınar tərəzinin taleyimə düşən yeri
həmişə tez qopur bəxtin sonradan bitişən yeri
Bu qaramtıl qara yanız qisməti al get şeir yaz
Mən də gedim... səhv gəlmişdim
Bağışlaeee bir də olmaz!