Darıxıb ağlamaqdan gözümdə yaş qalmadı
Sənə məğlub olmağa məndə savaş qalmadı
Nəyim varsa itirdim səni tapdığım üçün
Daha nə həvəsim var nə də tapmağa gücüm
Yüz yerdən yaralandım baxdılar "Daş" dedilər
Tələsdim gəlmək ücün "bir az yavaş" dedilər
Nə qaldı səndən mənə quruca xatirələr
Elə xatirələr ki ağrıdan adam ölər..
Yaddaşımı itirsəm, ya da ki dəli olsam
Çixarsanmı yadımdan ölub birdə doğulsam?!
Qaçıb getsəm şəhərdən gəmiylə ya qatarla
Ehh..sən məni düşünmə həyatını toparla
Ev qur, ocagin olsun, işıgın yansın sənin...
(Əlimi yetim qoydun əllərin donsun sənin..)
Nə deyim ki bilmirəm həm yaxşısan həm yaman
Gic gic danışıram da bağışla sənə qurban
Bağışla nahaq gəldim bu yaşda bu nə səhvdi?!
Belə sevgidən sonra ayrılıqda şərəfdir
Nə səni qınayacam, nə də ki incimirəm
Niyə belə oldu ki ,niyə etdin demirəm
Deyirəm ki bir az da qalsaydın bəsim idi
Ölurdum də onsuzda bu son nəfəsim idi
Onu da aldım, verdim qurban olsun boyuna
Taleyimi oynadim baxdınmı son oyuna?
Pərdələr çəkiləcək bir azdan vaxt tamamdı
Qurtardı tamaşamız.... qız öldü..səhnə yandı!