Bir nigaran çiçəyəm qışın orta yerində
Bahara ümidlərim soluxur ləçək- ləcək
Bir quş ötür hardasa yorgun nəğmələrində
Hecalayir adımı "gözlə gələcəm çiçək..."
Neçə gecədir saydım neçə gündü ötürdüm
Yanlış düsdü rənglərim qaralara boyandım
Hardasa səksəkədə qaldı bütün həvəsim
Qış yuxusuydumu bu.. yatdım, yatdım oyandım
Oyandım gördüm gedib torpağından köklərim
Oyandım gördüm yoxdu günəş bathabatdadı
Bir vaxt ləçəklərimdə arı dolandırardım
Yeqin o da unudub bu çiçəyi bu dadı
Agacın xəzanına, otların samanına
Həsrət dedim şeirdə, mənimki züllüm idi
Bir çiçəyin torpaqdan qopammadan solmağı
Bir az ayriliq idi.. ən çox da ölüm idi
Son sözü yağış dedi ləçəyimdən süzülüb
Bu torpaq sənlik deyil dön göylərə kəpənək
Nə qədər ki ömrün var üç gün ya da bir saat
Azad yaşa qurd quşa yem olma narın çiçək
Qoşulub küləklərə uçdum həmin gecədən
Bir işıgin başına dolandım ürkək ürkək
Ele bildim həyat var o torpaqdan uzaqda
Heç demə ölməliymiş həm kəpənək, həm çiçək
Kimdə qalsa xatirəm al əlvan xatırlayın
Deyin sarısı vardı qarasının içində
Deyin torpaqdan qaçıb isiqda yanan çiçək
Nələr saxlayıb Nələr yarasının içində